“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ermənilərin üç hərbiçisinin Azərbaycan tərəfinə əsir düşməsi faktını təsdiqləyir”.
Bunu
APA-ya açıqlamasında komissiyanın katibi Şahin Sailov deyib. Onun sözlərinə görə, əsir düşmüş ermənilər hərbi geyimdə olublar və onlar mülki vətəndaşlar tərəfindən tutularaq hərbiçilərə təhvil veriliblər.
Ş. Sailov əsir düşmüş ermənilərin adlarını açıqlamasa da, hazırda Dövlət Komissiyası tərəfindən məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.
Azərbaycan Müdafiə Nazirliyi isə hələlik onlarda belə bir məlumatın olmadığı bildirib.
Qeyd edək ki, bu gecə üç erməni hərbçisi Xocavənd rayonunun Kuropatkina kəndi istiqamətində təmas xəttini keçiblər.