28 yaşlı qız özünü elektrovozun altına atdı
14 Sentyabr 2013 Şənbə 11:48
Dəhşətli intihar hadisəsi Gəncə şəhərində qeydə alınıb.
Gəncə şəhərində 28 yaşlı qız dəhşətli şəkildə özünü öldürüb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən əmlumata görə, 1985-ci il təvəllüdlü Sərayyə Edil qızı Mirzəyeva özünü elektrovozun altına atıb.

Qız hadisə yerində ölüb. Yaxınlarının sözlərinə görə, Sərayyənin xəstəlik üzündən şiddətli ağrıları olurmuş. Qız ona görə də həyatdan bezibmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar