28 mayda asılmış qadın meyiti tapılıb
25 Noyabr 2014 Çərşənbə Axşamı 10:40
Bakının Qaradağ rayonu ərazisində gənc qadının asılmış meyiti tapılıb.
Bakının Qaradağ rayonu ərazisində gənc qadının asılmış meyiti tapılıb.

Qaradağ rayon prokurorunun köməkçisi Araz Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun 28 may qəsəbəsində baş verib.

Hadisə barədə məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı ölən şəxsin 1984-cü il təvəllüdlü Zeynəb Nəzirağa qızı Muradova olduğu məlum olub.

Müəyyən olunub ki, qadın intihar edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar