Hadisə

27 yaşlı kişi qripdən öldü

Gürcüstanda A/H1N1 virusundan ilk ölüm faktı qeydə alınıb

· Xəbərçi
27 yaşlı kişi qripdən öldü
Qonşu Gürcüstanda A/H1N1 virusundan ilk ölüm faktı qeydə alınıb. Ölkənin səhiyyə naziri Aleksandr Kvitaşvilinin verdiyi məlumata görə, Batumi xəstəxanasında tənəffüs apparatına qoşulan 27 yaşlı kişi dünyasını dəyişib
.
Nazirin bildirdiyinə görə, daha üç xəstənin vəziyyəti ağırdır.

O, xəstələrin vəziyyətinin ağırlaşmasına səbəb kimi, onların həkimə gec müraciət etmələrini və ya sanitar müalicədən imtina etmələrini göstərib.

Xatırladaq ki, son iki ay ərzində Gürcüstanda 40 min qripə yoluxma hadisəsi qeydə alınıb. ANSPRESS


Şərhlər