23 yaşlı Bakı sakini barda döyülüb
30 Noyabr 2012 Cümə 05:13
Üz və baş nahiyəsində çöxsaylı kəsilmiş yara aşkar edilən zərərçəkmişə cərrahi müdaxilə olunub
Bakının Nizami rayonu Neftçilər metrosunun yaxınlığındakı gecə klublarından birində döyülmə hadisəsi baş verib. Məlumata görə, əylənmək məqsədi ilə həmin bara gedən 23 yaşlı Bakı şəhər sakini İmanov Sadiq Malik oğlu bir iki qədəh spirtli içki qəbul etdikdən sonra obyektin işçiləri ilə mübahisə edib. Yaranmiş mübahisə sonda davaya çevirilib. Nəticədə bara müştəri kimi gələn Sadiq İmanov klubun işçiləri tərəfindən döyülüb. Yaralı təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Həkim zərərçəkmişin başında çoxsaylı kəsilmiş yaraları olduğunu və tikiş qoyulduğunu deyib. “Yaralı İmanov Sadiq xəstəxanaya gətirilərkən ona yardım göstərildi. Üz və baş nahiyəsində çöxsaylı kəsilmiş yara aşkar edildi cərrahi müdaxilədən sonra yaralar tikilib. Vəziyyəti normaldır – deyə xəstəxananın həkimi Ramella Məmmədova bildirib.

Zərəçəkmişin atası Malik İmanov isə oğlunun klubda deyil, bayırda döyüldüyünü deyir.

Artıq baş vermiş hadisə ilə bağlı nizami rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalara başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar