22 yaşlı qadın jurnalist 5 kişi itərəfindən zorlandı
23 Avqust 2013 Cümə 15:27
Jurnalist daha sonra vəhşicəsinə döyülüb.
Hindistanın Mumbay şəhərində 22 yaşlı M.C jurnalist zorlanıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 5 naməlum kişi qızı vəhşicəsinə döyüb və daha sonra onu zorlayıblar. Naməlum şəxslər qızın işlədiyi redaksiyaya daxil olub, orada işləyənlərə hücum edib. Sonra M.C-ni götürüb boş binaların birinə aparıblar və onu zorlayıblar. Daha sonra isə onu döyüblər.

M.C huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda onun həyatı üçün təhlükə olmadığını, lakin psixi sarsıntı keçirdiyini bildirirlər.

Qeyd edək ki, faktla bağlı 35 kişi saxlanılıb və artıq şübhəlilərin fotorobotu tərtib olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar