Hadisə

22 yaşlı gənc dənizdə boğuldu

Hadisə Dəvəçi rayonunda baş verib

· Xəbərçi
22 yaşlı gənc dənizdə boğuldu

 

22 yaşlı Dəvəçi şəhər sakini Kənan Rasim oğlu Məmmədov rayon ərazisində dənizdə çimərkən boğulub. ANS PRESS-in Qusar bürosunun verdiyi məlumata görə, hadisə yerinə rayon polis və prokurorluq orqanlarının əməkdaşları gəlib.

Gəncin meyiti sudan çıxarılıb. Rayon Prokurorluğunun müstəntiqi Elmar İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisənin səbəbləri hələlik bilinmir. Meyit tibbi müayinə olunduqdan sonra ailəsinə verilib.

Faktla əlaqədar rayon Prokurorluğunda araşdırma aparılır. /ANS PRESS/

 

Şərhlər