Hadisə

20 yaşlı oğrular tutuldu

Avtomobil qaçırmaqda təqsirləndirilənlərə qarşı cinayət işi açılıb

· Xəbərçi
20 yaşlı oğrular tutuldu
Bakı şəhərində avtomobil oğruları tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 16-na keçən gecə İ.Cümşüd küçəsindən Orxan Mustafazadəyə məxsus “VAZ-2106” markalı 10-FS-052 dövlət nömrə nişanlı avtomobil qaçırılıb. Avtomobili oğurlayanlar hadisədən az sonra yaxalanıblar.

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları 20 yaşlı Kamran Hacıbabayev və Samir Paşayevi səhər saatlarında Fətəli Xan Xoyski prospektində tutublar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS

Şərhlər