20 yaşlı Kürdəmir sakinini Nərimanovda bıçaqladılar
07 İyul 2014 Bazar Ertəsi 07:32
Nərimanov rayonu Əliyar Əliyev küçəsində baş vermiş hadisə zamanı 20 yaşlı gəncin qanı axıdılıb.
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Əliyar Əliyev küçəsində baş vermiş hadisə zamanı 20 yaşlı gəncin qanı axıdılıb.

Məlumata görə, Kürdəmir rayon sakini Hüseynov Zakir Şahmar oğlu naməlum şəxs və ya şəxslərə etdiyi mübahisənin sonunda bir neçə bıçaq xəsarəti alıb.

Yaralı gənc təcili olaraq 1 saylı şəhər xəstəxanasına aparılıb.

Xəstəxanada aparılan müayinə xamanı Zakir Hüseynovun bud nahiyyəsində bir neçə bıçaq izinə rast gəlinib.

Dərhal əməliyyat olunan gəncin vəxiyyətinin normal olduğu deyilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar