17 yaşlı gənc 7 kq narkotiklə tutuldu
27 Mart 2013 Çərşənbə 08:30
Nizami RPİ-nin əməkdaşları 17 yaşlı gənci saxlayıb.
Bakının Nizami RPİ-nin əməkdaşları külli miqdarda narkotik vasitəni ünvanına çatdırmaq istəyən 17 yaşlı gənci saxlayıb. İstintaqla müəyyən olub ki, Çavanşır Bayramov 7 kilodan yuxarı qurudulmuş marixuananı satıb əldə olan gəliri borclarına verməliymiş. İfadəsində saxlanılan sellofan torbada olan narkotik vasitəni tanımadığı adamdan aldığını desə də, polis onun əvvəllər də analoji cinayətdə iştirakını istisna etmir.

Maddi sübutla həbs olunan gənc barəsində istintaqda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar