16 yaşlı qızı ilan sancdı
17 May 2013 Cümə 10:34
Qız xəstəxanaya yerləşdirilib.
Ötən gün axşam saatlarında Şabran rayonunda 16 yaşlı qızı ilan sancıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Şabran rayonunun Dəvəçikənd sakini, 1997-ci il təvəllüdlü Aytac Kiçibəyovanı ilan vurub. Qız ayağından yaralanıb. Onu dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Hazırda qızın vəziyyəti orta ağırdı.
DOSTLARINLA PAYLAŞ: