16 yaşlı qız bulvardan evə zəng vurdu: “Ərə gedirəm!”
14 Fevral 2013 Cümə Axşamı 11:41
Həmin vaxtdan sonra onun telefonuna zəng çatmayıb
Bakıda 16 yaşlı qız itkin düşüb. Binəqədi rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, rayon sakini, 1997-ci il təvəllüdlü Q.E itkin düşmüş şəxs kimi axtarışa verilib.
Yeniyetmə qızın ailə üzvləri fevralın 12-də Polis İdarəsinə gələrək bildiriblər ki, qızları artıq 2 gündür, evə gəlmir. Yeniyetmə qız sonuncu dəfə evlə əlaqə saxlayarkən deyib ki, bulvardadır və bu gündən ailə qurur. Həmin vaxtdan sonra onun telefonuna zəng çatmayıb.
Hazırda yeniyetmə qızın harada olması, kiminlə yaşaması araşdırılır. Axtarış tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: