16 yaşlı qız 14 yaşlı həmcinsini bıçaqladı
05 Sentyabr 2014 Cümə 12:35
Bıçaqlanan qızın fəryad etməsi ilə hadisə yerinə polis və təcili yardım çağırılıb.
Türkiyədə 2 yeniyetmə qızın dalaşması sonda tərəflərdən birinin bıçaqlanması ilə nəticələnib. ANS PRESS-in xəbərinə görə, hadisə ötən gün Düzcə vilayəti, Kültür məhəlləsindəki Anıtparkda baş verib.

Məlumata görə, 16 yaşlı S.M.G. ilə 14 yaşlı N.B. naməlum səbəblə parkda dalaşmağa başlayıblar. Təpik-yumruq başlayan davada S.M.G. cibindən çıxardığı bıçaqla N.B.ni ayağından bıçaqlayıb.

Bıçaqlanan qızın fəryad etməsi ilə hadisə yerinə polis və təcili yardım çağırılıb. S.M.G. isə bıçağı yerə tullayaraq hadisə yerindən qaçıb. Yaralı N.B. isə təcili yardımla xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam edir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar