15 günlük gelin yatağında ölü tapıldı
06 Oktyabr 2013 Bazar 12:01
Yeni cütlüyün sripli içkili şadyanalığı ölümle neticelendi.
Türkiyədə 15 günün gəlini Neslihan Usta G. yatağında ölü tapılıb. ANS PRESS-in DHA-ya istinadən verdiyi məlumata görə, Levent G arvadı ilə gecə spirtli içki içdiyini, qadının yıxılıb başını əzdiyini, daha sonra onu yatağına götürüb yatırdığını, səhər isə ölü tapdığını deyir.
Universitet tələbəsi Neslihan Usta G. ilə mühəndis Levent G., iki il öncə tanış olub dostlaşıblar. Bir-birlərinə aşiq olan gənclər 20 sentyabrda rəsmi nigaha girərək evləniblər. Yeni evlənən cütlük dünən axşam evlərində spirtli içki qəbul ediblər. Vaxtaşırı depresion həbləri qəbul edildiyi iddia edilən Neslihan Usta G. ayağa qalxarkən müvazinətini itirib yıxılır və bu zaman başı yerə dəyərək əzilir. Levent G. həyat yoldaşını qaldırıb yatağına uzadır. Bir az sonra özü də yatağa girərək yuxuya gedir.

Bu sabah işə getmək üçün oyana Levent G. arvadını da oyatmaq istədikdə, arvadının hərəkətsiz və buz kimi soyuq bədəni ilə rastlaşıb. 15 günlük həyat yoldaşının öldüyünü anlayan gənc ər yaxınlarından kömək istəyib. Hadisə yerinə gələn təcili tibbi yardım Neslihan Usta G.-nin öldüyünü və başında şiş olduğunu polisə bildirib. Hadisə yerinə gələn polis evdə araşdırma aparıb. Polisə ifadə verən Levent G. göz yaşları içində bunları anlatdı: "Biz 15 gün əvvəl evləndik. Arvadımla birlikdə evdə spirtli içki qəbul etdik. Neslihan ayağa qalxarkən müvvazinətini itirib yerə yıxıldı və başı yerə dəydi. Əzilən yerə balaca sarğı qoyub yatağına uzatdım. Daha sonra mən də yatdım. Bu sabah işə getmek üçün qalxdığımda Neslihanı da oyatmaq istədim. Baxdım ki. hərəkətsiz və qurumuş halda uzanıb."

Neslihan Usta G.-nin cəsədi bu gün torpağa tapşırıldı. Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar