14 yaşlı qız 15-ci mərtəbədən düşdü
08 Avqust 2014 Cümə 11:18
Binanın 15-ci mərtəbəsində, yarımçıq tikilidə yaşayan 2000-ci il təvəllüdlü Nurşən Ceyhun qızı Abdullayeva yıxılıb.
Ötən gün axşam saat 18:00 radələrində Bakının Yasamal rayonunda dəhşətli hadisə baş verib. Yasamal rayon prokurorunun köməkçisi Şahin İmanovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun Şərifzadə küçəsi 196 ünvanında yerləşən 17 mərtəbəli binada qeydə alınıb.
Binanın 15-ci mərtəbəsində, yarımçıq tikilidə yaşayan 2000-ci il təvəllüdlü Nurşən Ceyhun qızı Abdullayeva yıxılıb.
Hündürlükdən yıxılan qız hadisə yerində ölüb. İlkin ehtimala görə, 14 yaşlı qız intihar məqsədilə özünü atıb.
Hazırda hadisənin səbəbləri araşdırlır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
DOSTLARINLA PAYLAŞ: