14 yaşlı oğlan anasının gözləri qarşısında öldü
04 Dekabr 2012 Çərşənbə Axşamı 10:53
Ağsuda daha bir dəm qazından boğulma faktı qeydə alındı
Ağsu rayonunda 14 yaşlı yeniyetmə dəm qazından boğularaq ölüb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 1998-ci il təvəllüdlü Mirkərim Soltanlının meyidi yaşadığı evin həyətindəki hamamda tapılıb.

Onun meyidini ilk öncə anası görüb. Araşdırmalar zamanı M.Soltanlının dəm qazından boğulduğu məlum olub. 14 yaşlı gənc Ağsu rayon orta məktəbinin 8-ci sinif şagirdi idi. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar