14 və 10 yaşlı uşaqlar evdə yanıb kül oldu
10 Oktyabr 2013 Cümə Axşamı 11:57
İmişli rayonu, Qaralar kəndində mənzildə dəhşətli yanğın hadisəsi baş verib.
İmişli rayonu, Qaralar kəndində mənzildə dəhşətli yanğın hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan 1 mərtəbəli 7 otaqlı evin 3 otağının (tavanı qamışdan olan) yanar konstruksiyaları 42 kv.m sahədə yanıb.

Yanğının zamanı otaqların birində ev sahibinin övladları 1999-cu il təvəllüdlü Aytac Mehman qızı Şəmmədova və 2003-cü il təvəllüdlü İsmayıl Mehman oğlu Şəmmədovun meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:16 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar