Yerə asteroid yaxınlaşır
02 Fevral 2013 Şənbə 15:29
Göy cismi planetimizin maksimum yaxınlığından keçəcək
Planetimizin yanından nəhəng astreod keçəcək. 130 min ton çəkisi olan göy cismi yerə rekord dərəcədə yaxınlaşacaq. ANS PRESS-in Rusiya mətbutaına istinadla verdiyi məlumata görə, bu hadisə iki həftədən sonra olacaq. Bu nəticəyə NASA alimləri gəliblər. Yerlə səma cismini arasındaki maksimal yaxınlaşma 17 min km olacaq.
"2012DA14" adlı asteroid 2012-ci ilin fevral ayında kəşf edilib. İspaniya rəsədxanası tərəfindən aşkar edilən cism fevralın 15-də yerli vaxtla 00:25-də yanımızdan keçəcək. Asteroid hətta bəzi süni peyklərin olduğu məsafədən də belə yaxın olacaq.
"2012DA14"ün diametri 45 m-dir. Əgər o yerə düşsə bu zaman 2,4 meqaton trotil partlayışı ekvalentində enerji yarana bilər.
DOSTLARINLA PAYLAŞ: