Yaşar Nuri vəfat edib
22 Noyabr 2012 Cümə Axşamı 09:22
Xalq artisti Yaşar Nuri bu gün səhər saatlarında dünyasını dəyişib.
Azərbaycan xalq artisti, Akademik Milli Dram teatrının aktyoru Yaşar Nuri bu gün səhər saatlarında vəfat edib. Bu barərə ANS TV-yə mərhumun həyat yoldaşı xəbər verib.
Xatırladaq ki, 2008-ci ilin mayında Yaşar Nuri İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu. Aktyor 2009-cu ilin sonu, 2010-cu ilin əvvəlində İstanbulun "Memorial" xəstəxanasında müalicə alıb. Ötən ilin noyabrında onun səhhəti yenidən pisləşib. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilib, Bakı Mərkəzi Gömrük Hospitalında müalicə alıb.
Yaşar Nuri 1951-ci ilin sentyabrın 3-də Bakı şəhərində, məşhur Azərbaycanlı artist M.Nuriyevin ailəsində anadan olub. 1972-ci ildə Yaşar Nuri M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib.
1974-cü ildən o, Azərbaycan Dövlət Drama Teatrın aktyorudur. "Yaramaz", "Yol əhvalatı", "Hər şey yaxşılığa doğru", "Yoxlama" kimi məşhur filmlərdə, "Yarımştat", "Göz həkimi", "Kişilər" kimi teletamaşalarda rol oynayıb.
Yaşar Nuri 1989-cu ildən bəri Azərbaycanın xalq artistidir. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif olunub.
Allah rəhmət eləsin!
DOSTLARINLA PAYLAŞ: