Xiyar-badımcan bahalaşdı
04 Dekabr 2012 Çərşənbə Axşamı 16:39
Dövlət Statistika Komitəsi kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərini açıqlayıb
Noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən çoxillik bitkilərin istehsalçı qiymətləri 5,9 faiz bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri 0,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 2,8 faiz, kələmin 2,5 faiz, göyərtilərin 4,3 faiz, kartofun istehsalçı qiymətləri 5,9 faiz ucuzlaşıb, buğdanın istehsalçı qiymətləri 2,7 faiz, yerkökünün 4,7 faiz, xiyarın 0,9 faiz, pomidorun 1,2 faiz, badımcanın 0,7 faiz, bibərin 7,6 faiz, baş sarımsağın 0,8 faiz, qurudulmuş noxudun 6,6 faiz, yoncanın istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb.
Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 15,7 faiz, xurmanın 21,6 faiz, almanın 4,9 faiz, armudun 0,2 faiz, heyvanın 25,2 faiz, fındığın istehsalçı qiymətləri 3,6 faiz bahalaşıb, limonun istehsalçı qiymətləri 9,1 faiz, naringinin 12,0 faiz, feyxoanın 8,7 faiz, şabalıdın 0,9 faiz, qozun istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 1,4 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun 6,8 faiz, südün istehsalçı qiymətləri isə 2,3 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,8 faiz, diri qoyun və keçilərin 0,2 faiz, mal, qoyun, donuz və quş ətinin (diri çəkidə) müvafiq olaraq 1,4 faiz, 0,1 faiz, 2,2 faiz və 0,6 faiz, yumurtanın istehsalçı qiymətləri isə 0,7 faiz bahalaşıb. Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 3,7 faiz bahalaşma, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 2,3 faiz ucuzlaşma müşahidə olunub.
DOSTLARINLA PAYLAŞ: