XİN ittihamlara aydınlıq gətirdi
12 İyul 2012 Cümə Axşamı 17:57
Elman Abdullayev: Quruma ABŞ və Böyük Britaniya səfirliklərinin Azərbaycanın güc nazirliklərinin nümayəndələrinə viza verməkdən imtinası barədə məlumat daxil olmayıb.
ABŞ və Böyük Britaniya səfirliklərinin Azərbaycanın güc nazirliklərinin nümayəndələrinə viza verməkdən imtina etməsi barədə Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat daxil olmayıb.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. Onun sözlərinə görə, qeyd olunan məsələ ilə bağlı nazirliyə heç bir məlumat daxil olmayıb.

Xatırladaq ki, haqqin.az saytı bir müddət əvvəl ABŞ və Böyük Britaniya səfirliklərinin Azərbaycan insan haqlarının pozulduğunu iddia edərək Azərbaycanın Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarına viza verməkdən imtina etməsi barədə məlumat yayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar