Gündəm

Xəzərdən təhlükə gözlənilir?

Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Son iki gündə Xəzərdə baş verən zəlzələlər hansısa təhlükənin olması demək deyil.

· Xəbərçi
Xəzərdən təhlükə gözlənilir?
“Son günlər Xəzərin Azərbaycan sektorunda qeydə alınan zəlzələlərin baş verdiyi ərazidən aktiv qırılma zonası keçir”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin rəhbəri Tahir Məmmədli deyib.

Onun sözlərinə görə, Mahaçqala-Türkmənbaşı adlandırılan aktiv qırılmanın keçdiyi ərazi Dərbənddən başlayaraq Abşerona doğru hərəkət edir, buradan isə burularaq Türkmənistana yönəlir: “Həmin qırılma zonasının yerləşdiyi ərazi boyu vaxtaşırı zəlzələlərin olması labüddür. Hətta vaxtilə qırılmanın o başında – Türkmənistan ərazisində maqnitudası 8 bal olan zəlzələ də baş verib. 1986-89-cu illərdə qırılmanın ortasında maqnitudası 6 baldan yuxarı olan zəlzələlər qeydə alınıb”.

T. Məmmədli qeyd edib ki, son iki gündə Xəzərdə baş verən zəlzələlər hansısa təhlükənin olması demək deyil: “Bu, adi və vaxtaşırı baş verən haldır. Ona görə də hansısa təhlükənin olacağını söyləməyə əsas yoxdur”.

Şərhlər