Müəllif XVIII əsrin 50-ci illərində əsası qoyulmuş və qısa zaman ərzində Azərbaycanın Qarabağ xanlığının siyasi və iqtisadi mərkəzinə çevrilən Şuşa şəhərinin tarixi abidələri, o cümlədən “Qara Böyükxanım qəsri”, “Yuxarı və Aşağı Gövhərağa məscidləri”, həmçinin milli memarlıq və şəhər quruculuğu nümunələri olan “Gəncə qala divarları” və “Xan bağı” haqqında oxuculara məlumat verib.
Məqalədə həmçinin, Şuşa şəhərinin Azərbaycan xalqının iqtisadi, mədəni və siyasi həyatında oynadığı mühüm rol və musiqi ənənələrinin mərkəzi kimi əhəmiyyəti göstərilmiş, bu şəhərin “Qafqazın Konservatoriyası” adlandırıldığı qeyd edilib.
Müəllif Şuşanın öz nadir tarixi və mədəni abidələri ilə yanaşı şair, bəstəkarlar və musiqiçiləri ilə də məşhur olduğunu diqqətə çatdırır və Azərbaycanın Dağlıq Qarabağ regionunun mədəniyyət və incəsənət beşiyi olan bu şəhərin Azərbaycan xalqının siyasi və mənəvi həyatında əvəzsiz rol oynadığını xüsusi vurğulayır.





Şərhlər