Türkiyədə Xocalı yürüşü keçiriləcək
20 Fevral 2013 Çərşənbə 14:29
Eskişəhərdə Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçiriləcək.
Fevralın 22-dən 26-dək Türkiyənin Əskişəhərində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək. Diasporla iş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, tədbirləri əskişəhərlilərə Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək və faciəni gündəmdə saxlamaq məqsədilə Eskişəhər Azərbaycanlılar Dərnəyi təşkil edəcək. Bu tədbirlər çərçivəsində fevralın 22-si saat 13.30-da Anadolu Universiteti Tələbə Mərkəzində əvvəlcə fotosərgi, daha sonra isə “Xocalıda nələr yaşandı?” mövzusunda konfrans keçiriləcək.
Fevralın 24-də saat 11.00-da Hamamyolu Caddəsi Saatlı Meydanında fotosərgi açılacaq. Sərgidən sonra Əskişəhər Azərbaycanlılar Dərnəyi “Xocalıya ədalət” şüarı ilə yürüş etməyi nəzərdə tutub. Həmin gün tədbirlər Xocalı soyqırımına həsr olunmuş konfransla başa çatacaq.
Fevralın 26-da saat 14.30-da Osmanqazi Universitetində Xocalı soyqırımına həsr olunmuş daha bir konfrans-Türkiyə-Azərbaycan Qardaşlıq Platformu keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: