Türk ordu generalı Bakıya gəldi
25 Yanvar 2013 Cümə 07:55
Bəkir Kalyoncu paytaxtımızda iki gün səfərdə olacaq.
Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycana gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ordu generalı paytaxtımızda iki gün səfərdə olacaq.

B. Kalyoncu yanvarın 25-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının Bakıda keçiriləcək təsis toplantısında iştirak edəcək, Daxili İşlər Nazirliyi və Daxili Qoşunlarda görüşlər keçirəcək.

Səfər yanvarın 26-da başa çatacaq.

Qeyd edək ki, Bakıda keçirilən Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı təsis toplantısında Qazaxıstan, Qırğızıstan və Monqolustanın da jandarma komandaları qatılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar