Toplanılan ianələr Güneyə necə çatdırılacaq?
16 Avqust 2012 Cümə Axşamı 13:39
İran Güneydə baş verən zəlzələ ilə bağlı həyata keçirilən ianə kompaniyasından qorxuya düşüb.
Məlumatlara görə, fars-molla rejimi yığılan vəsaitin yerinə çatmaması üçün aparılacaq maliyyə proseslərinə müəyyən əngəllər törədir. Belə ki, artıq bir sıra İran bankları bu prosesdə iştirakçı olmayacağını bildirib. Maraq doğuran odur ki, belə hal davam edərsə toplanan ianələr mənzil başına necə çatdırılacaq? İanə kompaniyası həyata keçirən Qızıl Aypara Cəmiyyətinin aparat rəhbəri Rövşən Əliyev “OLAYLAR” a açıqlamasında bildirib ki, toplanacaq ianələrin zəlzələdən zərər çəkən soydaşlarımıza çatdırılması üçün İran Qızıl Aypara Cəmiyyətinə rəsmi məktub ünvanlanıb. Onun sözlərinə görə, İQAC-nə edilən müraciətlərdə bank rekvizitləri istənilib: “Hələlik məktuba cavab gəlməyib. Düşünürük ki, İran tərəfi yaxın zamanda bu məktuba cavab verəcək”. R.Əliyev onu da bildirib ki, İran ianələrin son mənzilə çatması işində müəyyən problemlər yaratdığı təqdirdə alternativ yollardan istifadə qaçılmazdır. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar