Tibb işçilərinə müjdə
12 İyun 2012 Çərşənbə Axşamı 14:35
“UNİBANK” tibb işçilərinə güzəştli kreditlər təklif edir.
“Unibank” həkimləri, tibb bacılarını və digər səhiyyə işçilərini istehlak kreditlərin cəlb olunması zamanı güzəştlərdən faydalanmağa dəvət edir. Unibank"ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 17-də qeyd olunan Tibb işçiləri günü ərəfəsində Bank onlara nağd kreditlər və “AL Kart” kredit xəttlərini illik 28% faiz dərəcəsi ilə cəlb etmək imkanı verir. Yeni kredit aksiyası çərçivəsində həkimlər və digər tibb işçiləri güzəştli şərtlərlə 300 AZN-dən 5000 AZN-ə qədər və 3 aydan 24 aya qədər istehlak kreditləri rəsmiləşdirə bilərlər. Bu zaman, borcalanların minimal gəlirinə olan tələb Bank tərəfindən 93 manata qədər endirilib.

2500 manatadək kreditlər “Unibank”-ın paytaxt filiallarında girovsuz və zaminsiz verilir. Bu məbləğdə olan kreditin alınması üçün şəxsiyyət vəsiqəsinin və iş yerindən arayışın təqdim edilməsi kifayətdir. Kreditin maksimal məbləği müştərinin kredit tarixçəsindən, onun tutduğu vəzifədən, iş stajından və aylıq gəlirindən asılı olaraq müəyyən olunur.

İyul ayının 12-nə qədər davam edəcək bu aksiyanın şərtərindən Səhiyyə Nazirliyi, xəstəxanalar, poliklinikalar, özəl klinikalar, tibbi laboratoriyalar, kilniki, diaqnostik və stomatoloji mərkəzlər, təcili tibbi yardım stansiyaları, dispanserlərin və doğum evlərinin bütün əməkdaşları faydalana bilərlər. Bu gündən etibarən, tibb işçiləri üçün güzəştli kreditlər Bankın əhatə etdiyi bütün regionlarda, Bakı, Xırdalan, Sumqayıt, Şəki, Gəncə, Şəmkir, Quba, Mingəçevir və Lənkəran daxil olmaqla, təqdim edilir.

Kredit aksiyası barədə ətraflı məlumatı 117 saylı nömrəyə zəng vurmaqla və ya Bankın http://unibank.az/ru/private-clients/loans/medloans saytından ala bilərsiniz.



DOSTLARINLA PAYLAŞ:

oyunlar