Gündəm

Terrorçunun dini, milliyyeti yoxdur

Dövlət başçısı beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.

· Xəbərçi
Terrorçunun dini, milliyyeti yoxdur

Bu gün Prezident Ilham Əliyev Bakıda keçirilmiş “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdırlar” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşüb. Dövlət başçısı Azərbaycanda məscid və dini yerlərin açıldığını, tarixi məscidlərin bərpa edildiyini vurğulayıb.

Prezident, həmçinin, dünyada İslam ətrafında gedən proseslərə toxunub və islamofobiya meyllərindən narahat olduğunu diqqətə çatdırıb: “Təəsüf ki, bizim bütün səylərimizə baxmayaraq, dünyada narahatedici proseslər gedir. Antiislam təbliğatı, islamfobiya gedir. Biz nə qədər səy göstərsək də, kütləvi informasiya vasitələrində islamçılar kimi terminlərdən istifadə olunur. Terrorçuları islamçı adlandırırlar. Terrorçunun nə dini, nə milliyyəti yoxdur”.

Şərhlər