Super dünya kəşf edildi
08 Noyabr 2012 Cümə Axşamı 17:38
Yeni planet Yer kürəsindən 7 dəfə böyükdür
Elm adamları planetimizdən 42 işıq ili uzaqlıqda yerləşən xırda bir ulduzun ətrafında super dünya kəşf ediblər. "Pictor (Rəssam) Ulduzunda" yer alan super dünya dünyadan 7 dəfə böyükdür. Araşdırmaya rəhbərlik edən İngiltərədəki Hertfordşir universitetinin əməkdaşı Mikko Tuomi ilə Almaniyanın Qoettinqen universitetindən Quillem Anglada-Eskude 2008-ci ildə kəşf edilən "HD 40307" adlı kiçik ulduzun sistemində 6 planetin aşkar edildiyini deyib.
Super dünya "HD 40307"nin ətrafında dövr etməsi 320 gündür. Ulduza yaxın olan digər 5 planet çox isti olduğu üçün onlarda su olması ehtimalı azdır.
Qayalıq quruluşa malik olan super dünyanın içərisində olan sistem Çilidəki La Silla rəsədxanasındakı Harps teleskopu ilə əldə edilən məlumatlar sayəsində ortaya çıxarılıb.
Yeni planet öz ulduzundan Yerin Günəşdən aldığı enerjinin 62 faizini alır.
DOSTLARINLA PAYLAŞ: