Sumqayıtda 13 yaşlı uşaq itkin düşüb
22 May 2012 Çərşənbə Axşamı 20:27
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Sumqayıtda 13 yaşlı uşağın itkin düşməsi ilə bağlı birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, 2012-ci il martın 29-da Sumqayıt şəhər sakini, 13 yaşlı Ramil Habil oğlu Ağayev yaşadığı evin qarşısından naməlum şəraitdə itkin düşüb. Fakt üzrə toplanmış araşdırma materialında onun qəsdən öldürülməsini güman etməyə kifayət qədər əsaslar olduğundan mayın 3-də Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilib, həmçinin cinayətin açılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda Ramil Ağayevin öldürülməsi ehtimal edilən müxtəlif fərziyyələr əsasında intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
DOSTLARINLA PAYLAŞ: