Suallarım azərbaycanlıları gərginləşdirmir
28 Dekabr 2012 Cümə 10:56
Gürcüstan baş naziri Bakı-Tiflis-Axalkalaki layihəsi ilə bağlı danışıb.
"Bakı-Tiflis-Axalkalaki layihəsi ilə bağlı suallarım azərbaycanlıları gərginləşdirmir. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın baş naziri Bidzina İvanişvili "İmedi" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, layihəyə dair dediyi sözlərlə bağlı vəziyyəti gərginləşdirmək istəyi ancaq müxalifətdə yaranıb.

"Heç vaxt bu dəmir yolunun tikintisi ilə bağlı məsələni sual altına qoymamışam. Bu, maraqlı layihədir. İqtisadi baxımdan indi də təkrar edirəm ki, layihə müəyyən suallar doğurur. Amma onların həlli mümkündür. Lakin opponentlər bu məsələ ətrafında vəziyyəti gərginləşdirmək istəyir",- deyə B. İvanişvili açıqlayıb.

Gürcüstanın yeni seçilən hökumət başçısı deyib ki, bu, geosiyasi baxımdan olduqca yaxşı layihədir. Çünki nəticədə gəlirli işdir: "Suallarım da heç kimi gərginləşdirmir. Azərbaycanlılar da bu suallara görə gərginlik hiss etmirlər".




DOSTLARINLA PAYLAŞ:

oyunlar