Star Media Qrupu ARDNŞ-ə satıldı
24 Aprel 2013 Çərşənbə 14:54
Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Türkiyənin Star Media Qrupu ilə Petkimin sahibi Azərbaycanın Dövlət Neft Şirkəti - SOCAR arasında bir müddətdir ki, davam edən satış görüşmələrinin razılaşma ilə bitib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Rixos" Otellerinin sahibi və Star Media Qrupun ortağı Fettah Tamince SOCAR ilə təqribən 10 gün öncə satış üçün masaya oturduqlarını bildirmişdi. Hələlik qiymətlə bağlı hər hansı açıqlama verilmir.

Qeyd edək ki, Star Media Qrupu Fettah Tamince və Tevhit Karakaya ortaqlığına aiddir. Qrupa Star qəzeti və Kanal 24 televiziyası daxildir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar