Sərnişinlərə şad xəbər .
24 Noyabr 2012 Şənbə 23:58
Yığışdırılan avtobuslar yeni orta tutumluları ilə əvəzlənəcək
Nəqliyyat Nazirliyi tərəfindən yığışdırılan avtobuslar yeni orta tutumlu avtobuslarla əvəz olunacaq. Bu barədə məlumat verən nazirliyin mətbuat katibliyinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, artıq 150-dən artıq orta tutumlu avtobuslar istifadəyə verilib.

Onun sözlərinə görə, onlardan xeylisi istifadəyə verilib, daha 50-si gətiriləcək: “Bu xətdən çıxarılmış “Mercedes”ləri və istismar müddəti bitmiş marşrutları əvəz etmək üçündür”.

Sürücü və sərnişinlər marşrut xətlərinin ləğvindən narazı olsalar da, iri tutumlu avtobusların gətirilməsindən razılıq etdilər.

Ekspertlər isə hasab edir ki, 3 marşrut xətti biri ilə əvəz olunmalı, gediş haqqı isə artırılmalıdır. Onsuz da sərnişin hansısa mənzil başına çatmaq üçün 3 marşrut dəyişir və eyni məbləği ödəyir.

Xatirladaq ki, Bakıda 11 marşrut xətti ləğv edilərək avtobusların sayı 184-ə endirilib. Nazirlik isə həmin xətlərdən marşrutların yığışdırılmasını nəqliyyatda yaranan sıxılığın aradan qaldırılması ilə əsaslandırmışdı.



DOSTLARINLA PAYLAŞ:

oyunlar