Əgər Ankara Türkiyə ilə Ermənistan arasında bağlanmış saziləri təsdiqləməyi gecikdirəcəksə, İrəvan həmin sənədlərdən imtina edəcək. ANS PRESS-in məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan Rusiya mətbuatına müsabihəsində Ermənistan-Türkiyə diplomatik münasibətlərinin qurulması ilə bağlı 2009-cu ildə bildirib.
Onun sözlərinə görə, əgər Türkiyə sənədləri təsdiq etməzsə, Ermənistan “bu məsələni öz parlamentinin gündəliyindən çıxara bilər və bəyan edə bilər ki, protokollardakı imza gerçək deyil”.
Qeyd edək ki, əgər həmin protokallar təsdiq edilərsə, Ermənistan-Türkiyə sərhədlərinin açılması da gündəmə gələ bilər.
Serj Sarkisyan Türkiyəni hədələyir
Serj Sarkisyan: Əgər Ankara Türkiyə ilə Ermənistan arasında bağlanmış saziləri təsdiqləməyi gecikdirəcəksə, İrəvan həmin sənədlərdən imtina edəcək.




Şərhlər