Gündəm

Sement satanlar çəkidə aldadır

Bakıda sement satışı zamanı əhalinin çəkidə aldadılması faktı aşkarlanıb.

· Xəbərçi
Sement satanlar çəkidə aldadır
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 6 ünvanında yerləşən Şahmar Qurbanova və Yasin Quliyevə məxsus mağazalarda aparılan yoxlama zamanı satışda olan "Qaradağ-N" adlı M-400 markalı sementin etiketində çəkinin 40+_1 kq göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 3-7% az olduğu müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

Araşdırmalar davam edir.

Şərhlər