Səfər Əbiyev marşalla görüşüb.
15 Yanvar 2013 Çərşənbə Axşamı 17:53
Azərbaycanın müdafiə naziri İndoneziya Müdafiə Nazirliyinin baş katibini qəbul edib
Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İndoneziya Müdafiə Nazirliyinin baş katibi, marşal Eris Herryantonu qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun ANS PRESS-ə verdiyi məlumata görə, ölkələrarası hərbi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi görüşün əsas müzakirə mövzusu olub.
Müdafiə naziri Səfər Əbiyev qonağı həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlumatlandırıb. Baş katib ölkəsi adından Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.
Görüş zamanı yaxın vaxtlarda İndoneziya ilə Azərbaycan respublikaları arasında hərbi əməkdaşlıq sazişinin imzalanması qərara alınıb.
Görüşdə İndoneziya Respublikasının Azərbayjandakı fövqəladə və səlahiyyətli səfiri Raden Proyono Atiyanto iştirak edib.
DOSTLARINLA PAYLAŞ: