Gündəm

Sabah 2 rayonda qaz olmayacaq

Lənkəran və Masallı rayonlarının qaz təchizatında məhdudiyyətlər yaranacaq.

· Xəbərçi
Sabah 2 rayonda qaz olmayacaq
Lənkəran və Masallı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Lənkəran və Masallı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Təmir işləri ilə əlaqədar olaraq sabah 17 may tarixində saat 10:00-dan 14:00-dək “Xarxatan”, 15:00-dan 19:00-dək isə “Alvadı” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində Liman şəhəri də daxil olmaqla, Lənkəran rayonunun Separadi, Şağlaser, Vilvan, Cil, Xarxatan, həmçinin Masallı rayonunun Təzə Alvadı, Köhnə Alvadı, Əhmədli, Təklə, Ləngan, Meşəkənarı, Bambaşı, Böyük Xocavar, Çaxırlı və Ağakişibəyli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Şərhlər