Rüstəm İbrahimov: Erməni xalqı bizə düşmən deyil
04 Aprel 2013 Cümə Axşamı 17:54
Tanınmış kinomatoqraf Rüstəm İbrahimov Qarabağın Azərbaycan, yaxud da Ermənistan torpağı olmasının müzakirə mövzusu olduğunu bildirib.
“Mən əminəm ki, erməni xalqı bizə düşmən deyil. Onlar da azərbaycanlılar kimi, baş verənlərin qurbanıdır”. Bu sözləri Rusiyanın “Rosbalt” İnformasiya Agentliyinə müsahibəsinə “Milyaderlər İttifaqı”nın üzvü, tanınmış kinomatoqraf Rüstəm İbrahimbəyov bildirib.

Onun sözlərinə görə, hər iki tərəf–həm Azərbaycandakı, həm də Ermənistandakı əhali köçmək məcburiyyətində qalıb: “İnsanları orduya çağırırlar və onlar öz Vətən borclarını yerinə yetirməlidirlər. Mən onları bu borcu yerinə yetirməyə çağırmıram. Daha vacib olanı kitabları yandırmamaq və iki millətin bir-birini əbədi olaraq düşmən olaraq görməməsidir”.

R. İbrahimbəyov daha sonra bildirib ki, Azərbaycan və Ermənistan vaxtilə bir dövlət olublar: “Nə qədər ki, biz bir dövlətdə yaşayırdıq, heç bir torpaq iddiaları yox idi. Bunlar yalnız arzu xarakteri daşıyırdı, nəinki hərbi əməliyyat məqsədi”.

Rüstəm İbrahimbəyov Ermənistanın Qarabağı öz torpağı saydığından danışıb: “Onlar Qarabağı özlərininki, biz də öz torpağımız sayırıq. Məncə, bu müzakirə mövzusudur. Bu, danışıqlar və elmi araşdırmalar mövzusudur”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar