Rəsmi Bakı Çexiyadan izahat istədi
07 Mart 2013 Cümə Axşamı 08:59
Elman Abdullayev: Bu kimi bəyanat və mülahizələrin səsləndirilməsi ölkələrimiz arasında mövcud münasibətlərin ruhuna uyğun deyil.
“Biz Çex Respublikasının xarici işlər naziri Karel Şvarsenberqin cari ilin 4 mart tarixində Praqa şəhərində “People in Need” təşkilatının mükafatlandırma mərasimində səsləndirdiyi fikirlərə aydınlıq gətirilməsini istəyirik”. Bunu ANS PRESS-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. E. Abdullayev bildirib ki, iki ölkə arasındakı qarşılıqlı münasibətlərin intensiv inkişafını və xüsusilə də son zamanlar dövlət başçıları səviyyəsində həyata keçirilmiş səfərləri nəzərə alaraq, bu kimi bəyanat və mülahizələrin səsləndirilməsi ölkələr arasında mövcud münasibətlərin ruhuna uyğun deyil və Azərbaycanla Çexiya arasındakı siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığa xələl gətirə bilər: “Əgər həqiqətən də Çex Respublikasının xarici işlər naziri mətbuatda iddia edildiyi kimi fikirlər səsləndiribsə, biz bunu qeyri-obyektiv və qeyri-ciddi hesab edir, məsələyə Çexiya tərəfindən aydınlıq gətirilməsini və üzr istənilməsini istəyirik”.

Qeyd edək ki, K. Şvarsenberqin “People İn Need” beynəlxalq qeyri-hökumət təşkilatının tədbirində Azərbaycanda insan haqlarının durumunu tənqid etdiyi barədə xəbərlər yayılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar