Ramil Usubov Ankaradadır
05 İyun 2012 Çərşənbə Axşamı 15:14
Azərbaycan və Türkiyənin daxili işlər nazirləri birgə mətbuat konfransı keçirib.
Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyədə səfərdədir. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, nazir Ankarada Türkiyənin daxili işlər naziri İdris Naim Şahinlə görüşüb.
Daxili İşlər Nazirliyində keçirilən mərasimlə həmkarını qarşılayan İ.Şahin görüşdən öncə ortaq mətbuat konfransı keçirib.
Türkiyəli nazir həmkarının bir sıra görüşlər keçirmək üçün ötən axşam Ankaraya gəldiyini bildirib. R.Usubov çıxışına "çox hörmətli və əziz qardaşım" deyərək başlayıb. “Biz doğurdan da bir dövlət iki millətik. Bizim mədəni, tarixi və dil köklərimiz bizi birbirine çox sıx bağlayır. Hər iki ölkədə asayişin qorunması ilə müzakirələr aparılacaq. Hadisələrin daha tez həll edilməsi üçün araşdırmalar aparılacaq. Son 10 ildir Ankaraya gəlməmişdim. Ankara çox gözəldir və çox dəyişib. Buna çox sevindim".
DOSTLARINLA PAYLAŞ: