Rail Rzayevin qətlindən 4 il ötür
11 Fevral 2013 Bazar Ertəsi 01:23
General-leytenant xidməti maşınında başından güllələnmişdi.
Bu gün Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə qoşunları komandanı, general-leytenant Rail Rzayevin qətlə yetirilməsinin 4 ili tamam olur. O, 2009-cu ildə fevralın 11-də səhər saatlarında yaşadığı evdən 500 metr aralıda xidməti maşınında başından güllələnmişdi. Bu cinayətin üstü hələ də açılmayıb.

Generalın qətlindən sonra yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev həbs olunublar. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı və generala məxsus seyfdən 200 min avro oğurlamaqda ittiham edilirdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar