Quşlar heç də “quşbeyinli” deyil
05 Dekabr 2012 Çərşənbə 06:13
Sərçəkimilər fəsiləsindən bəzi quşların parazitləri qovmaq üçün siqaret kötüyündən istifadə etdiyi məlum olub.
Araşdırmalar nəticəsində məlum olub ki, şəhərdə yaşayan quşlar yuvalarını tikərkən siqaret kötüyündən istifadə edərək bu sayədə parazitləri yuvdan uzaqlaşdırırlar. Bu, meksikalı akademiklərin araşdırmaları nəticəsində aşkarlanıb. Sərçəkimilər fəsiləsindən olan bəzi quşların döllənmə dövrünü araşdıran akademiklər bu quşlara aid yuvaların 86-89 faizində sellüloza ilə qarşılaşıb. Parazitləri yuvadan uzaqlaşdıran bu maddəni quşların siqaret kötüyü ilə əldə etdikləri məlum olub.
İngiltərədə nəşr olunan ''Biology Letters'' jurnalı yazıb ki, siqaret kötüyünün parazitləri qovması ilk dəfə bu araşdırma nəticəsində məlum olub.
DOSTLARINLA PAYLAŞ: