Tapılan insan sümükləri ilə bağlı Quba Soyqırım Ekspedisiya qrupuna müraciət ediləcək.
Qubanın yaşayış məntəqələrinin birində qədim insan qəbirləri aşkar edilib. Qazıntı zamanı ortaya çıxan qəbirlərin tarixi əhəmiyyətini əməkdaşımız Aytəkin Alxaslı aşardırmağa çalışıb. Qubanın Kürkün kəndində qaz çəkilişi zamanı texnikanın aşkar etdiyi qədim insan sümükləri və qəbirlər sakinlərin diqqətini cəlb edib. Qısa vaxt ərzində burada 6 qəbir tapılıb. Kürkün sakinləri tarixi mənbələrə və yaşlı insanlara istinadən bildirirlər ki, 1918-ci ildə Ermənilər rayonun Digah və Alpan kəndinə qədər gəlib qırğın törədiblər. Alpan kəndinin 3 km-də yerləşən Kürkün kəndinə gəlib dinc əhalini qırması faktı isə təkzib olunmazdır.Vaqif Adullayev tarix müəllimi:”Mən ehtimal edirəm ki, burda kəndin içində bu cür qəbirstanlığın olması bir az şübhəlidir. Şübhəsiz ki, 1905-də, 1918-də ermənilər gəlib çatmışdılar bizim vətənimizə. Bu erməni qırğını da ola bilər”.
Sona Şahbazova kənd sakini:“ Qaynanam söhbət düşəndə deyərdi ki, biz həftə ilə, 10 günlərlə çəkilmişdik meşələrə, ermənilər gəlmişdi soyqırım kimi camaatı qırmağa” Sakinlər onu da dedilər ki, indi də bu ərazidən müntəzəm sümüklər tapilir. Ola bilsin ki, bu insanlar erməni zülmündən qaçıb, sonradan kəndə gələn qohumlarını dəfn etmiş olsunlar.
Quba İcra Hakimiyyətindən məsələ ilə bağlı bildirildi ki, tapılan insan sümükləri ilə bağlı Quba Soyqırım Ekspedisiya qrupuna müraciət ediləcək. Amerkanın Arxeologiya və Etnoqrafiya İnstutunun Soyqırım Üzrə Ekspedisiya qrupunun rəhbəri Qəhrəman Ağayev telefon vasitəsi ilə bildirdi ki, mütəxəssis qrupu həmin kənddə olacaq və sümüklərə baxış keçirəcək . Arxeoloq həmçinin ermənilərin 1918-ci ildə Qubaya basqın edərkən Kürükün kəndinə də hücumunu mümkün sayır.