Qəbul imtahanlarının vaxtı açıqlanıb
Sonuncu imtahan isə avqust ayının 3-də II ixtisas qrupu üzrə olacaq
Azərbaycanda bu il ali məktəblərə qəbul imtahanlarının tarixi açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahanlar 14 iyulda, I ixtisas qrupu üzrə 20 iyulda, IV ixtias qrupu üzrə 27 iyulda olacaq. Sonuncu imtahan isə avqust ayının 3-də II ixtisas qrupu üzrə olacaq.




Şərhlər