Qarpız monopoliyaya keçir?
14 Avqust 2012 Çərşənbə Axşamı 17:13
Hüquq mühafizə sisteminin əməkdaşları öz vəzifə səlahiyyətlərini aşaraq vətəndaşlara qarşı zor tətbiq etməklə vətəndaşla dövlət arasında pis əhval-ruhiyyənin yaranmasına yaranmasına rəvac verirlər.
 Bunu “OLAYLAR”a açıqlamasında Çağdaş Milli Azadlıq Hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri Nəsir Ağayev deyib. Onun sözlərinə görə, polis qüvvələri sadə fermerləri cərimə və qanunda nəzərdə tutulmayan digər yollarla hakimiyyətə qarşı qaldırır: Nəsir Ağayev deyir ki. ona məxsus olan fermer təsərrüfatında müəyyən qədər qarpız var. Bu məhsulların satışını həyata keçirmək üçün müəyyən addımlar atsa da polislər buna maneə olublar. Sonda polislər müxtəlif bəhanələrlə fermer təsərrüfatına gələrək qarpız satılmasının yasaq olduğunu deyiblər. N.Ağayev onu da bildirir ki, polislər əraziyə hücum edərək təsərrüfatı yararsız hala salıblar. Məhsulu məhv ediblər.  N.Ağayev daxili işlər naziri Ramil Usubova müraciət edərək tabeliyində olan polis qüvvələrinin etdiyi bu hərəkətlə bağlı müəyyən ölçü götürməsini xahiş edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar