Qarabağda müharibə başlaya bilər
30 Mart 2013 Şənbə 23:18
Reuters agentliyi Azərbaycan tərəfinin Türkiyə, Ermənistanın isə Rusiya ilə təhlükəsizliklə bağlı razılaşma imzaladığını yazır.
"Reuters" agentliyi Dağlıq Qarabağ münaqişəsi barədə məqalə yayıb. ANS PRESS-in məlumatına görə, agentlik bu il Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılığın əldə olunacağının az ehtimal olunan olduğunu bildirir. Əksinə bu il Qarabağda müharibənin yenidən qızışacağının real olduğuna diqqət çəkilir.
"Həm Azəbaycanda, həm də Ermənistanda əhali kompromisslərə hazır deyil. Azərbaycan tərəfi Türkiyə, Ermənistan isə Rusiya ilə təhlükəsizliklə bağlı razılaşma imzalayıb. Azərbaycan dəfələrlə sülhə tərəfdar olduğunu bildirsə də, lazım gələrsə müharibə ilə torpaqlarını azad edəcəyi bəyanagtını verib", - deyə məqalədə qeyd olunur.
Agentlik qondarma Dağlıq Qarabağ rejiminin baş naziri Araik Arutyunyanın sözü ilə regiondakı vəziyyətə aydınlıq gətirməyə çalışıb. "Əgər müharibə başlasa bu dəfə ölən və yaralananların sayı daha çox olacaq", - deyə "baş nazir" bildirib.
DOSTLARINLA PAYLAŞ: