Qarabağ hekayələri
24 Dekabr 2012 Bazar Ertəsi 10:40
Günel Anarqızının audio-kitabının təqdimatı keçiriləcək.
Bu gün - 24 dekabrda Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı-publisist Günel Anarqızının "Qarabağ hekayələri" adlı audio-kitabının təqdimatı keçiriləcək.
ANS PRESS-in məlumatına görə, iki dildə hazırlanan audio-kitaba yazıçının 2002-2006-cı illər arasında qələmə aldığı "Ataya", "Şuşam", "Ağac", "Qadın üzlü şəhər", "Arzu" və "Keçmişə sarı" hekayələri daxildir.
Xalq artistləri Şükufə Yusupova, Fəxrəddin Manafov, Yalçın Adıgözəlov, əməkdar artist Mehriban Zəki, aparıcılar Nərgiz Cəlilova və Emin Musəvinin səsləndirdiyi hekayələr toplusunda əməkdar artist Emil Əfrasiyab və pianoçu Nizami Əliyevin bəstə və ifaları yer alıb. Qeyd edək ki, "Qarabağ hekayələri" yazıçının sayca ikinci audio-kitabıdır.
DOSTLARINLA PAYLAŞ: