Gündəm

Prokurorluqan 46 nəfər işdən çıxarıldı

Bu gün Gürcüstanın prokurorluq sistemində 393 prokuror və 72 nəfər müstəntiq çalışır

· Xəbərçi
Prokurorluqan 46 nəfər işdən çıxarıldı
Oktyabrın 26-dan bu günədək Gürcüstan Baş Prokurorluğu 145 nəfər yeni əməkdaş işə götürüb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın baş prokuroru Arçil Kbilaşvili məlumat verib. Onun sözlərinə görə, bu 145 əməkdaşdan 99 nəfər prokuror, 29 nəfər isə müstəntiqdir.

Kbilaşvili bildirib ki, son 3 ay ərzində 46 nəfər prokurorluq sistemindən uzaqlaşdırılıb. Bu gün Gürcüstanda 393 nəfər prokuror və 72 nəfər müstəntiq çalışır.

Şərhlər