Naxçıvan Hava Limanında gərgin dəqiqələr
27 Yanvar 2013 Bazar 11:31
İstanbuldan Gəncəyə gedən təyyarənin sərnişinlər onları Bakıya, ya da Qəbələyə aparmalarını tələb edirlər
Saat 04:25 reysi ilə İstanbuldan-Naxçıvana, Naxçıvandan-Gəncəyə uçacaq olan Türk Hava Yolu şirkətinə məxsus TK 0328 nömrəli aviareysi yolda qalıb. “Azadinform”un təyyarədə olan əməkdaşı xəbər verir ki, İstanbuldan-Naxçıvana şərnişinləri gətirib 1-2 saat Naxçıvanda gözləyən reys, Naxçıvandakı sərnişinlərini alıb Gəncəyə yola düşüb. Reysin Gəncəyə çatmasına az qalmasına rəğmən eniş təxirə salınıb. Buna səbəb havanın çox buludlu olması göstərilib. Nəticədə reys Naxçıvana geri dönüb. 5-6 saata yaxındır ki, sərnişinlər təyyarədə gözləyib. Bundan sonra isə sərnişinlər aşağı endirilərək, Naxçıvan Hava Limanının gözləmə salonuna alınıblar.
THY şirkətinin təyarədə olan əməkdaşları bildirblər ki, 2 saatdan sonra təyyarə yenidən Gəncəyə uça bilər. İnsanların narazıçılığı müşahidə edilir. Həmin reysdə olan THY şirkətinin əməkdaşlarının kobudluğundan sərnişinlər narazıçılıq edir. Hətta bu barədə kapitana da məlumat veriblər. Kapitan sərnişinlərdən üzr istəyib. Naxçıvan Hava Limanında çalışanların sərnişinlərə isti münasibət göstərildiyi bildirilir.
Qeyd edək ki, sərnişinlər hazırda Naxçıvan Hava Limanında gözləyir. Deyilənə görə, 2 saatdan sonra yenidən Gəncəyə uçuş ola bilər.
Son məlumata görə, təyyarənin Gəncəyə enmek şansı 30 faizdir. Təyyarə enə bilməsə sərnişinləri yeniden İstanbula aparacaqlar. Sərnişinlər isə onları Bakıya, ya da Qəbələyə aparmalarını tələb edirlər. Hətta avtobus təşkil edib, Bakıya aparılmalarını istəyirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar