Gündəm

NATO Müdafiə Kollecinin heyəti Azərbaycanda

Dinləyicilər akademik səfər çərçivəsində “Səngəçal terminalı” ilə də tanış olub.

· Xəbərçi
NATO Müdafiə Kollecinin heyəti Azərbaycanda
NATO Müdafiə Kolleci ali kursunun 83 nəfərdən ibarət dinləyici və müəllim heyətinin Azərbaycan Respublikasına akademik ziyarəti keçirilir. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Diplomatik Akademiyasında qonaq dinləyicilər qarşısında ölkəmizin müdafiə, iqtisadiyyat, xarici siyasət və digər sahələr üzrə aidiyyəti qurumlarının yüksək vəzifəli nümayəndələri çıxışlar ediblər.

NATO Müdafiə Kollecinin dinləyiciləri akademik səfər çərçivəsində “Səngəçal terminalı” ilə də tanış olublar.


Şərhlər